Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 271. Tətil keçirilməsi barədə qərarın qəbul olunması



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə130/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   126   127   128   129   130   131   132   133   ...   233
Maddə 271. Tətil keçirilməsi barədə qərarın qəbul olunması 
 
Tətil keçirilməsi haqqında qərar işçilərin yığıncağında (konfransında) və yaxud 
həmkarlar ittifaqları təşkilatı (birliyi) tərəfindən bu Məcəllənin 262-ci maddəsində 
müəyyən edilmiş qaydada qəbul edilir. 
Maddə 272. Tətil barədə işəgötürənə məlumat verilməsi 
 
Tətilin başlanmasına ən geci 10 iş günü qalmış əmək kollektivi və ya həmkarlar 
ittifaqları orqanı işəgötürənə tətil keçiriləcəyi barədə yazılı məlumat verməlidir. 
Maddə 273. Xəbərdarlıq tətili 
Kollektiv əmək mübahisəsinin həllinin istənilən mərhələsində qısamüddətli (bir 
saata qədər) xəbərdarlıq tətili keçirilə bilər. Xəbərdarlıq tətili barədə qərar bu 


Məcəllənin 262-ci maddəsinin qaydalarına əməl edilməklə qəbul edilir. Tətilə ən geci 3 
iş günü qalmış bu barədə işəgötürənə yazılı məlumat verilməlidir. 
Maddə 274. Tətilə başçılıq edən orqan 
1. Tətilə ümumi yığıncaq (konfrans) tərəfindən seçilmiş və ya həmkarlar ittifaqları 
orqanının qərarı ilə yaradılmış tətil komitəsi başçılıq edir. 
2. Tətil komitəsi işçilərin ümumi yığıncağını (konfransını) çağırmaq, işçilərin 
marağına toxunan məsələlər üzrə işəgötürəndən məlumat almaq, münaqişəli məsələlər 
üzrə rəy hazırlanması üçün mütəxəssislər cəlb etmək hüququna malikdir. Tətil 
komitəsinin tətili müvəqqəti dayandırmaq hüququ vardır. 
3. Tətil yenidən başlanacağı barədə işəgötürənə 3 iş günündən gec olmayaraq 
məlumat verilməlidir. 
4. Tətil komitəsi aşağıdakı vəzifələri yerinə yetirir: 
işəgötürənlə danışıqları davam etdirir; 
işəgötürənin və ya onların nümayəndələrinin, habelə tətildən imtina etmiş 
işçilərin sərbəst surətdə müəssisəyə (iş yerinə) gəlib-getmələrinə mane olan, bu 
şəxslərin sağlamlığına qəsd edən, şərəf və layaqətini alçaldan hərəkətlərin, müəyyən 
edilmiş qaydada, qarşısını alır; 
işəgötürənin nümayəndələri ilə birlikdə müəssisənin əmlakının mühafizəsini 
təşkil edir; 
tətil fondu yaradılmışsa, onun idarəçiliyini həyata keçirir; 
tətil fondunun vəsaitlərinin xərclənməsi barədə əmək kollektivi və ya həmkarlar 
ittifaqları orqanı qarşısında hesabat verir. 
5. Tətil başa çatdıqda, qanunsuz elan edildikdə, hərbi və ya fövqəladə vəziyyətlə 
əlaqədar qadağan edildikdə işçilərin ümumi yığıncağının (konfransının) və ya müvafiq 
həmkarlar ittifaqları təşkilatının qərarı ilə tətil komitəsinin səlahiyyətlərinə xitam 
verilir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin