XI bölmə
Əmək mübahisələri
Qırxıncı fəsil
Kollektiv əmək mübahisələri
Maddə 259. Kollektiv əmək mübahisələrinin həlli qaydalarının təsir dairəsi
1. Kollektiv əmək mübahisələrinin həllinin bu Məcəllə ilə müəyyən edilmiş üsulları
və qaydası, habelə kollektiv əmək mübahisələrinin həlli üsulu
kimi tətillərin həyata
keçirilməsinin hüquqi əsasları bütün işəgötürənlər və onların birlikləri,
müvafiq icra
hakimiyyəti orqanları, əmək kollektivləri və həmkarlar ittifaqları təşkilatları üçün
məcburidir.
2. Dövlət qulluqçularının kollektiv əmək mübahisələrinin həlli qaydaları bu Məcəllə
ilə müəyyən edilmiş normalara uyğun olaraq dövlət qulluğu haqqında müvafiq
normativ hüquqi aktla tənzimlənir.
Dostları ilə paylaş: