Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 248. Yaşı 18-dən az olan şəxslərin işə düzəlməsində təminatları



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə121/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   117   118   119   120   121   122   123   124   ...   233
Maddə 248. Yaşı 18-dən az olan şəxslərin işə düzəlməsində təminatları 
 
Yaşı 18-dən az olan şəxslərin azyaşlı olduğuna və ya əmək vərdişlərinin, yaxud 
peşəkarlıq səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtina edilə 
bilməz. 
Maddə 249. İşə qəbul zamanı yol verilən yaş həddi 
1. Yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. 
2. ləğv edilmişdir
222
Maddə 250. Yaşı 18-dən az olan işçinin əməyinin tətbiqi qadağan olunduğu işlər 
Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər 
yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən amilli gecə 
klublarında, barlarında, kazinolarda, o cümlədən spirtli içkilərin və toksik preparatların 
istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin


psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə yaşı 18-dən az 
olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. İcbari ümumi orta təhsil haqqında 
qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq 
imkanından məhrum edə bilən işlərə götürülməsi qadağandır.
223
 
Maddə 251. Yaşı 18-dən az olan işçi tərəfindən ağırlığın qaldırılmasında 
məhdudiyyət qoyulan işlər 
1. Yaşı 18-dən az olan işçilərin bu maddə ilə müəyyən edilmiş normalardan artıq 
ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi 
qadağandır. 
2. 16 yaşından 18 yaşadək olan işçilərin əmək funksiyasına yalnız aşağıdakı 
normalar həddində ümumi çəkisi olan ağır əşyaların əl ilə qaldırılması və daşınması 
işlərinin görülməsi (xidmətlərin göstərilməsi) daxil edilə bilər: 
a) kişilərin başqa işləri görməklə yanaşı eyni zamanda ümumi çəkisi 15 
kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması, habelə 
ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq 
hündürlüyə qaldırılması; 
b) qadınların başqa işləri görməklə yanaşı, eyni zamanda ümumi çəkisi 10 
kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması, habelə 
ümumi çəkisi 5 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə 
qaldırılması; 
c) bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 
kiloqramdan çox olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması; 
ç) 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba 
və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınması. 
3. 16 yaşadək qızlar yalnız onların razılığı ilə bu maddənin ikinci hissəsinin «a», 
«b» və «c» bəndlərində nəzərdə tutulan normaların müvafiq olaraq 1/3 hissəsi həddində 
ağırlığı olan əşyaların qaldırılması və daşınması işlərinə cəlb oluna bilərlər. 
4. Yaşı 16-dan az olan qızların bütün iş günü ərzində müntəzəm olaraq yük 
qaldırma və daşınma işlərinə cəlb edilməsi qadağandır. 
5. Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti 
zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin