Maddə 223. Əməyin mühafizəsi xidmətləri 1. Əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyin
tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün iqtisadiyyatın bütün
sahələrinin müəssisələrində işçilərin sayı əlli nəfərdən çox olduqda əməyin mühafizəsi
xidmətləri yaradılmalıdır.
207
2. Əməyin mühafizəsi xidmətinin tərkibinə əmək qanunvericiliyini, əməyin
mühafizəsi normalarını mükəmməl bilən mütəxəssislər daxil edilir. İşçilərinin sayı əlli nəfərdən çox olan müəssisələrdə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi, işçilərinin sayı beş yüz nəfərdən artıq olduqda isə müəssisə rəhbərinin (baş mühəndisinin) əməyin mühafizəsi üzrə müavini vəzifəsi təsis edilir. Min nəfərdən çox işçinin çalışdığı müəssisələrdə sənaye-
sanitariya laboratoriyası təşkil olunur, habelə əməyin gigiyenası üzrə həkim vəzifəsi
təsis edilir.
208
3. Əməyin mühafizəsi xidmətinin mütəxəssisləri əməyin mühafizəsi qaydalarına
və normalarına əməl olunmasına nəzarət etmək, aşkara çıxarılmış pozuntuların aradan
qaldırılması barədə vəzifəli şəxslərə icrası məcburi olan göstərişlər vermək, habelə
əməyin mühafizəsi haqqında qanunvericiliyi pozan şəxslərin intizam məsuliyyətinə
cəlb edilməsi barədə işəgötürənə təqdimatlar vermək hüququna malikdirlər.
4. Əməyin mühafizəsi xidmətinin rəhbərləri və mütəxəssisləri öz vəzifələrinə aid
olmayan işlərin yerinə yetirilməsinə cəlb edilə bilməzlər və vəzifə borclarını düzgün və
keyfiyyətli yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada
məsuliyyət daşıyırlar.
209
5. İşəgötürən əməyin mühafizəsi xidmətini yalnız əmək qanunvericiliyinə əməl
olunmasına dövlət nəzarətini həyata keçirən orqanın razılığı ilə yenidən təşkil və ya
ləğv edə bilər.
Otuz beşinci fəsil