Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 221. Əməyin mühafizəsi fondu



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə110/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   106   107   108   109   110   111   112   113   ...   233
Maddə 221. Əməyin mühafizəsi fondu 
 
1. Dövlət və müəssisələr səviyyəsində əməyin mühafizəsi fondu yaradıla bilər
Dövlət Əməyin Mühafizəsi Fondu müvafiq icra hakimiyyəti tərəfindən təsis edilir.
205


2. Dövlət Əməyin Mühafizəsi Fondu: 
dövlət büdcəsindən ayırmalar; 
müəssisələrin mənfəətindən ayırmalar;
206
əməyin mühafizəsi normalarını və qaydalarını pozan inzibati qaydada cəzalanmış 
vəzifəli şəxslərin ödədikləri cərimələrin qanunvericiliklə müəyyən edilmiş hissəsi; 
müəssisələrin, vətəndaşların könüllü ödəmələri və başqa ödəmələr hesabına təşkil 
edilir. 
3. Müəssisə üzrə fond işəgötürən tərəfindən əməyin mühafizəsi və texniki 
təhlükəsizlik tədbirlərinə ayırdığı vəsaitin hesabına yaradılır. 
4. Dövlət Əməyin Mühafizəsi Fondunun idarə olunması və onun vəsaitlərindən 
istifadə edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamədə 
nəzərdə tutulan qaydada həyata keçirilir. 
5. Müəssisədə əməyin mühafizəsi fondunun vəsaiti yalnız işçilərin əmək şəraitinin 
və təhlükəsizliyinin normativ tələblərə çatdırılması və ya müəssisədə mövcud olan 
əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsi tədbirlərində istifadə edilə bilər. 
Maddə 222. Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi 
1. İşəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat 
amillərinə nəzarəti təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə 
müntəzəm olaraq və vaxtında məlumat verir. 
2. İşəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin 
edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik 
tədbirlər planı hazırlayır və həyata keçirir. 
3. İşəgötürənlə işçilər arasında sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin 
təmin edilməsi üzrə qarşılıqlı öhdəliklər kollektiv müqavilədə, əmək müqaviləsində 
nəzərdə tutulur. 
4. Əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda, həmçinin xüsusi 
temperatur şəraitində aparılan və ya çirklənmə ilə bağlı işlərdə çalışan işçilərə müəyyən 
edilmiş normalara müvafiq pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi 
mühafizə vasitələri, yuyucu və dezinfeksiyaedici maddələr verilir. 
5. İşəgötürən həmkarlar ittifaqları təşkilatının iştirakı ilə vaxtaşırı iş yerlərinin 
əməyin mühafizəsi normalarına və qaydalarına uyğunluğu üzrə attestasiya 
aparmalıdır. Attestasiyanın nəticələri barədə əmək kollektivinə məlumat verilir. 
İşəgötürən iş yerləri attestasiyasının nəticələrinə əsasən onları əməyin mühafizəsi üzrə 
qüvvədə olan normativ aktlara uyğunlaşdırmaq üçün lazımi tədbirlər görməlidir. 
6. İşəgötürən işçilərə verilmiş xüsusi geyimin və ayaqqabının, digər fərdi 
mühafizə vasitələrinin saxlanılmasını, yuyulmasını, qurudulmasını, dezinfeksiyasını, 
deqazasiyasını, dezaktivizasiyasını və təmirini təmin etməlidir. 
7. İşəgötürən qanunvericilikdə nəzərdə tutulmuş istehsalat sahələrini qazlı və 
duzlu su ilə təchiz etməlidir. 
8. İşəgötürən ilin soyuq və isti vaxtlarında açıq havada, yaxud qızdırılmayan 
qapalı binalarda və isti sexlərdə çalışan işçilərin isinməsi və ya istirahəti üçün otaqlar 
hazırlamalıdır. 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin