Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 226. İcbari tibbi müayinələr



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə113/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   109   110   111   112   113   114   115   116   ...   233
Maddə 226. İcbari tibbi müayinələr 
1. Ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən 
onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi 
müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməlidir. 
2. İşçilər icbari tibbi müayinələrdən keçməkdən boyun qaçırdıqda və ya keçirilmiş 
müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə 
yetirmədikdə, işəgötürən bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada 
onları işdən kənar edə, habelə müvafiq intizam məsuliyyətinə cəlb edə bilər. 
Maddə 227. Əməyin mühafizəsi şəraiti haqqında işçilərin məlumat almaq 
hüququ 
İşçilər iş yerlərində əməyin mühafizəsi şəraiti, həmin şəraitə uyğun olaraq onlara 
müəyyən edilmiş normalarla verilməli olan fərdi mühafizə vasitələri, güzəştlər və 
təminatlar haqqında məlumat tələb etmək hüququna malikdirlər. İşəgötürən bu 
tələbləri yerinə yetirməyə borcludur. 
Maddə 228. Qadınların və yaşı 18-dən az olan işçilərin əməyinin mühafizəsinin 
tənzimlənməsinin xüsusiyyətləri 
Qadınların, yaşı 18-dən az olan işçilərin, habelə əmək şəraiti zərərli və ağır olan 
işçilərin əməyinin mühafizəsi sahəsində münasibətlərin xüsusiyyətləri bu Məcəllə və 
müvafiq normativ hüquqi aktlarla tənzimlənir. 
Maddə 229. Əməyin mühafizəsi qaydalarının tələblərinə uyğun olmayan 
fəaliyyətin qadağan edilməsi 
 
Əməyin təhlükəsizliyi normalarının və qaydalarının tələblərinə və bu Məcəllə ilə 
müəyyən edilmiş əməyin mühafizəsi prinsiplərinə uyğun olmayan istər işəgötürənin


istərsə də başqa vəzifəli şəxslərin, habelə müəssisələrin və onların struktur 
bölmələrinin, avadanlıq və qurğuların işi işçilərin sağlamlığı və ya həyatı üçün təhlükə 
törədərsə, müəyyən edilmiş qaydada səlahiyyətli nəzarət orqanları və ya onların 
vəzifəli şəxsləri tərəfindən aşkar edilmiş pozuntular aradan qaldırılanadək 
dayandırılmalıdır. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin