aparıldığı günlərdə orta əmək haqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün
işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.
Maddə 246. Uşaqlarını anasız böyüdən işçilər üçün təminatlar
Məcəllənin bu fəslində azyaşlı uşaqları olan qadınlar üçün müəyyən edilmiş
hüquqlar üzrə bütün təminatlar uşaqlarını müəyyən səbəbdən (uşaqların anası
öldükdə, valideynlik
hüququndan məhrum edildikdə, müəyyən müddət müalicə
müəssisələrində və azadlıqdan məhrumetmə yerlərində olduqda) anasız təkbaşına
böyüdən atalara, habelə uşaqların qəyyumlarına, himayədarlarına şamil edilir.
Otuz səkkizinci fəsil
Yaşı 18-dən az olan işçilərin əməyİndən istifadənin xüsusiyyətləri
Maddə 247. Yaşı 18-dən az olan işçilərin əmək hüququ və onun xüsusiyyətləri
1. Əmək, peşə vərdişlərinin və əmək stajının az olması və fizioloji vəziyyəti ilə
bağlı olan amillər nəzərə alınaraq bu Məcəllə ilə yaşı 18-dən az olan işçilərin əməyindən
istifadə olunmasının xüsusiyyətləri və onlar üçün müvafiq təminatlar nəzərdə tutulur.
2. İşəgötürən tərəfindən bu Məcəllə ilə yaşı 18-dən az olan işçilər üçün müəyyən
edilmiş təminatlara əməl olunması məcburidir.
3. Yaşı 18-dən az olan işçilərlə əmək müqaviləsi bağlayarkən onların əmək və peşə
vərdişlərinin artırılması üçün işəgötürən tərəfindən təmin
edilməli olan əlavə şərtlər,
öhdəliklər nəzərdə tutulmalıdır.
Yaşı 18-dən az olan işçilərin iş günü ərzində peşə
hazırlığına sərf etdikləri vaxt işəgötürənin razılığı ilə iş vaxtı kimi nəzərə alınır.
221
Dostları ilə paylaş: