Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 236. Əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl edilməsinə ictimai



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə116/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   112   113   114   115   116   117   118   119   ...   233
213
Maddə 236. Əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl edilməsinə ictimai 
nəzarət 
1. Əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl edilməsinə ictimai nəzarəti əmək 
kollektivinin müvəkkil etdiyi şəxslər və həmkarlar ittifaqları təşkilatlarının 
nümayəndələri həyata keçirirlər. 


2. Əməyin mühafizəsi üzrə əmək kollektivinin müvəkkil etdiyi şəxsin, həmkarlar 
ittifaqları təşkilatının nümayəndəsinin iş yerlərində əməyin mühafizəsi vəziyyətini 
maneəsiz yoxlamaq, aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını vəzifəli 
şəxslərdən tələb etmək, habelə təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi barədə 
işəgötürən qarşısında məsələ qaldırmaq hüququ vardır. 
3. Əməyin mühafizəsi üzrə müvəkkilin öz vəzifələrini yerinə yetirməsi üçün 
işəgötürən ona hər həftə orta əmək haqqını ödəməklə iş vaxtında azı iki saat vaxt ayırır. 
Maddə 237. Əməyin mühafizəsi qaydalarına əməl edilməsinə nəzarət sahəsində 
həmkarlar ittifaqlarının hüquqları 
1. Həmkarlar ittifaqları «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikası 
Qanununda nəzərdə tutulmuş hüquqları çərçivəsində əməyin mühafizəsi qaydalarına 
və müvafiq normativ hüquqi aktlara işəgötürən tərəfindən əməl edilməsinə nəzarətin 
həyata keçirilməsində iştirak edirlər. 
2. 
Həmkarlar 
ittifaqları 
əməyin 
mühafizəsi 
üzrə 
normativ 
aktların 
hazırlanmasında və müəyyən edilmiş qaydada razılaşdırılmasında iştirak edirlər
onlarla razılaşdırılmamış aktların qüvvəyə minməsinə qarşı müvafiq dövlət orqanları 
vasitəsilə etiraz etmək hüququna malikdirlər. 
3. Həmkarlar ittifaqlarının nümayəndələri istehsal obyektlərinin və vasitələrinin 
sınağı və istismara qəbulu üzrə dövlət komissiyalarının işində, istehsalatda bədbəxt 
hadisələrin araşdırılmasında, əməyin mühafizəsi vəziyyətini, onun yaxşılaşdırılması 
üçün kollektiv müqavilələrdə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi üzrə 
yoxlamalarında iştirak edirlər. Vəzifəli şəxslər əməyin mühafizəsi tələblərini pozduqda, 
istehsalatda baş vermiş bədbəxt hadisələri gizlədikdə həmkarlar ittifaqlarının təqsirkar 
şəxslərin məsuliyyətə cəlb edilməsi üçün dövlət orqanları qarşısında məsələ qaldırmaq 
hüququ var.
 214
4. İşçilərin sağlamlığı və həyatı üçün bilavasitə təhlükə yarandıqda həmkarlar 
ittifaqlarının hüququ var ki, əməyin mühafizəsi üzrə konstruksiya çatışmazlıqları olan 
maşınların, mexanizmlərin və digər məhsul növlərinin istehsalını, insanların 
sağlamlığına zərərli təsir göstərən materialların, texniki və texnoloji vasitələrin tətbiqini
habelə əməyin mühafizəsi haqqında qanunvericiliyə zidd olan işləri və işəgötürən 
tərəfindən qəbul edilmiş qərarların fəaliyyətinin dayandırılması barədə əmək 
qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan qarşısında 
məsələ qaldırsın. 
5. Həmkarlar ittifaqları bu Məcəllə ilə, habelə digər normativ hüquqi aktlarla 
müəyyən olunmuş əməyin mühafizəsi normalarına və qaydalarına nəzarəti onların 
nəzdində fəaliyyət göstərən müvafiq əmək müfəttişliyi vasitəsilə həyata keçirir. Bu 
müfəttişliyin hüquqları və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə 
tənzimlənir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin