müvafiq işi (vəzifəsi) olmadığı, habelə qadın əməyindən istifadə olunmasına yol
verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallara şamil olunmur.
2. İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə
əmək müqaviləsi
bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə
işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək
müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın
hüququnun
müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.
Maddə 241. Qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər
1. Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda
və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır.
2.
Bir qayda olaraq, fiziki işlə məşğul olmayan, rəhbər vəzifələrdə çalışan və ya
sosial, sanitar-tibbi xidmətlər göstərən, habelə fiziki işlər görmədən yeraltı iş yerlərinə
düşüb qalxmaqla ayrı-ayrı vaxtlarda qadınlar tərəfindən müvafiq yeraltı işlərin yerinə
yetirilməsinə
yol verilir
3. Qadınların bu maddə ilə müəyyən edilmiş normalardan artıq ağır əşyaların
qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır.
4. Qadınların əmək funksiyasına yalnız aşağıdakı normalar həddində ümumi
çəkisi olan ağır şeylərin əl ilə qaldırılması və daşınması işlərinin görülməsi (xidmətlərin
göstərilməsi) daxil edilə bilər:
a) başqa işləri görməklə yanaşı eyni zamanda ümumi çəkisi 15
kiloqramdan çox
olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması;
b) ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq
hündürlüyə qaldırılması;
c) bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10
kiloqramdan çox olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması;
ç) 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba
və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınması.
5. Hamilə və 3 yaşınadək uşağı olan qadınların bu maddədə nəzərdə tutulmuş
işlərin görülməsinə cəlb olunması qadağandır.
6. Qadın əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan
istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı
müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Dostları ilə paylaş: