Maddə 265. Kollektiv əmək mübahisəsi həllinin barışdırıcı üsulları
1. Kollektiv əmək mübahisəsinin həll edilməsi üçün aşağıdakı barışdırıcı
üsullardan istifadə oluna bilər:
razılaşdırıcı komissiyadan;
vasitəçidən;
əmək arbitrajından.
2. Tərəflər bu üsullardan birindən və ya hamısından, yaxud mübahisənin daha tez
həllinə səbəb ola biləcək digər üsuldan istifadə edilməsi barədə öz aralarında razılığa
gələ bilərlər. Əldə edilmiş razılıq protokolla rəsmiləşdirilir.
3. İşçilər kollektiv əmək mübahisəsinin həlli gedişində öz tələblərini müdafiə
etmək məqsədi ilə istehsal prosesinə mane olmadan
işdən kənar vaxtlarda iclaslar,
yığıncaqlar keçirmək hüququna malikdirlər.
4. Tərəflərin nümayəndələri, razılaşdırıcı
komissiya, vasitəçi, əmək arbitrajı
kollektiv əmək mübahisəsinin tez və ədalətlə həlli üçün
bütün imkanlardan istifadə
etməyə borcludurlar.
5. Zəruri hallarda kollektiv əmək mübahisəsinin həllinin barışdırıcı üsullarından
istifadə olunması üçün bu Məcəllə ilə müəyyən edilmiş müvafiq müddətlər tərəflərin
razılığı ilə uzadıla bilər.
Dostları ilə paylaş: