1. İşəgötürən aşağıdakı hallarda işçilərini həmkarlar ittifaqları təşkilatını və
müvafiq icra hakimiyyəti orqanını azı 10 gün qabaqcadan yazılı xəbərdar etməklə
müəssisəni bağlayacağı barədə lokaut elan edə bilər:
işəgötürənin qarşısında qoyulan kollektiv tələblərin yerinə yetirilməsi onun
istehsal, iqtisadi, maliyyə və digər imkanlarına açıq-aşkar uyğun olmadıqda;
qanunsuz elan olunmuş tətil davam etdirildikdə;
onunla rəqabətdə olan işəgötürən (işəgötürənlər) və ya digər şəxslər tərəfindən
tətilin keçirilməsinə işçilərin sövq edildiyi barədə təkzibolunmaz sübutlar, faktlar
olduqda.
2. İşəgötürən lokaut elan etməzdən əvvəl işçilərlə, həmkarlar ittifaqları təşkilatı ilə
danışıqlar aparmalı, tətilin dayandırılıb işə başlanılması barədə razılığa nail olmaq
üçün bütün imkanlarından istifadə etməlidir.
3. Lokautun elan edilməsi üçün əsas hesab edilən hallar aradan qaldırılmadıqda
işçilərə edilmiş xəbərdarlıq müddəti bitdikdən sonra işəgötürən lokaut elan edərək
müəssisəni müvəqqəti bağlaya bilər.
4. Bu maddə ilə müəyyən edilmiş hallardan başqa qalan hallarda, habelə dövlət
mülkiyyətində olan və ya mülkiyyətinin yarısından çoxunda dövlətin payı olan
müəssisələrin işəgötürəni tərəfindən lokautun elan edilməsi qadağandır.
Qeyd: Lokaut — kollektiv əmək mübahisələri zamanı yerinə yetirilməsi
işəgötürənin istehsal, iqtisadi, maliyyə imkanlarına uyğun olmayan kollektiv tələblərlə,
hüquqlarını və mənafeyini pozmaq cəhdi ilə keçirilən qanunsuz və əsassız tətillərin
qarşısını almaq məqsədi ilə onun və ya mülkiyyətçi tərəfindən müəssisənin
fəaliyyətinin müvəqqəti dayandırılması barədə elandır.
Maddə 285. Lokautun qanuniliyinin araşdırılması və işəgötürənin məsuliyyətə
cəlb edilməsi
1. İşçilərin müraciəti əsasında lokautun qanunauyğun elan edilməsi və
əsaslandırılması məsələsinə məhkəmə tərəfindən baxılır.
2. Məhkəmə, işəgötürən tərəfindən elan olunmuş lokautu əsassız və qanunsuz
hesab edərsə, işçilərə dəyən maddi və mənəvi ziyanın ödənilməsi, habelə işəgötürənin
qanunvericiliklə müəyyən edilmiş qaydada digər müvafiq məsuliyyətə cəlb edilməsi
barədə qərar qəbul edir.
Dostları ilə paylaş: