Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə133/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   129   130   131   132   133   134   135   136   ...   233
 
231
2. Dövlətin sosial-iqtisadi siyasətinin aparılmasının ümumi prinsiplərinin 
razılaşdırılması ilə bağlı hallardan başqa siyasi məqsədlər güdən tətillərə yol verilmir. 
Maddə 281. Tətillərin qadağan edildiyi sahələr 
 
1. İnsanların sağlamlığı və təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən bəzi 
xidmət sahələrində (xəstəxana bölməsi, elektrik enerjisi təchizatı, su təchizatı, telefon 
rabitəsi, hava və dəmiryol nəqliyyatını idarəetmə xidməti, yanğından mühafizə 
xidməti) tətillərin keçirilməsi qadağan edilir. Bu sahələrdə yaranmış kollektiv əmək 
mübahisəsini tərəflər barışdırıcı üsullarla həll edə bilmədikdə məcburi arbitraj tətbiq 
edilir. 
2. Məcburi arbitraj müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır və həmin 
orqan tərəfindən təsdiq edilmiş əsasnamə əsasında fəaliyyət göstərir. Məcburi arbitrajın 
tərkibi mübahisə edən tərəflərlə razılaşdırılmaqla 5 nəfərdən az olmayaraq tək sayda 
təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanı məcburi arbitrajda mübahisəyə tez və 
qərəzsiz baxılmasını təmin edir. Məcburi arbitrajın qərarları mübahisədə iştirak edən 
bütün tərəflər üçün məcburidir və dərhal icra edilməlidir. 
Maddə 282. Tətillərin qanunsuz hesab edilməsi 
1. Bu Məcəllənin tələblərini pozmaqla elan edilmiş və keçirilmiş tətil qanunsuz 
hesab edilir. 
2. Tətilin qanunsuz hesab edilməsi haqqında işə tətil komitəsinin olduğu rayonun 
(şəhərin) məhkəməsi işəgötürənin ərizəsinə əsasən baxır. 
3. Tətilin qanunsuz hesab edilməsi barədə məhkəmə qərarı olduqda işçilər tətilə son 
qoymalı və məhkəmə qərarının tətilə başçılıq edən orqana təqdim olunduğu günün ertəsi günü 
işə başlamalıdırlar.
232
 
Maddə 283. Tətil iştirakçılarının əmək haqqının ödənilməsi 
İşəgötürən tətildə iştirak edən işçilərin tətil dövrü üçün əmək haqqını tam və ya 
qismən ödəyə bilər. Əmək haqqının ödənilməsindən imtina mübahisə üçün əsas ola 
bilməz. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin