Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 301. Fərdi əmək mübahisələri üzrə qərarların və qətnamələrin icrası



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə141/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   137   138   139   140   141   142   143   144   ...   233
Maddə 301. Fərdi əmək mübahisələri üzrə qərarların və qətnamələrin icrası 
qaydaları 
 
1. Fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda 
başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra 
edilməlidir. 
2. Məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh 
tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs 
tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi 
barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət 
işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir.
237
 
Maddə 302. Fərdi əmək mübahisələri üzrə icrada dönüşün məhdudlaşdırılması 
 
1. Fərdi əmək mübahisələri üzrə məhkəmənin qəbul etdiyi qanuni qüvvəyə 
minmiş qərarı, qətnaməsi icra edildiyi gündən 6 ay keçdikdən sonra nəzarət icraatı 
qaydasında işçinin zərərinə ləğv edilə bilməz. 
2. Məhkəmənin qərarının (qətnaməsinin) icrasının dönüşünə, bu qərar yalnız 
işçinin, işəgötürənin, şahidlərin verdiyi yalan məlumatlara və ya təqdim etdiyi saxta 
sənədlərə əsaslanaraq qəbul edildiyi hallarda yol verilə bilər. 
Qeyd: «İcrada dönüş» dedikdə, məhkəmə qətnaməsinin, qərarının icraya 
yönəldilməməsi, icraya yönəldilmiş qətnamənin, qərarın icrasının dayandırılması və ya 
icra edilmiş qətnamənin, qərarın ləğv edilərək tərəflərin münasibətlərinin, 
maraqlarının, maddi və digər mənafelərinin əmək mübahisəsi ilə əlaqədar iddia verilən 
andakı vəziyyətə qaytarılması başa düşülməlidir. 
Maddə 303. Bu Məcəllə ilə müəyyən edilmiş fərdi əmək mübahisələrinin həlli 
qaydaları şamil edilməyən şəxslər 
Bu Məcəllə ilə müəyyən edilmiş fərdi əmək mübahisələrinin həlli qaydaları 
Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş qaydada vəzifəyə 


təyin edilən və Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan 
şəxslərə şamil edilmir.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin