Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə138/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   134   135   136   137   138   139   140   141   ...   233
Qırx beşinci fəsil 
 
Fərdi əmək mübahisələrinin həlli qaydaları 
 
Maddə 294. Fərdi əmək mübahisələrinə baxan orqanlar 
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün 
fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 
2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar 
ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan 
orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası 
kollektiv müqavilələrlə nizama salınır. 
3. Əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən 
edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu 
Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar 
nəzərdə tutula bilər. 
4. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və 
ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət 
edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia 
müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul 
etdiyi gündən başlanır. 
Maddə 295. Fərdi əmək mübahisəsinin həlli məqsədi ilə işçinin təkbaşına tətil 
etmək hüququ və qaydası 


1. Pozulmuş hüququnun bərpa olunması üçün işəgötürənlə apardığı danışıqlar, 
yazılı müraciətinə verilən cavablar işçini qane etməzsə, fərdi əmək mübahisəsinin, 
habelə kollektiv tələblərə aid olan müvafiq məsələnin həlli məqsədi ilə o, məhkəməyə 
müraciət etmədən və əmək müqaviləsinə xitam vermədən əmək funksiyasının icrasını 
tam və ya qismən bir ay müddətinədək müvəqqəti dayandıraraq təkbaşına tətil edə 
bilər. 
2. İşçi özünün fərdi tələblərini müdafiə etmək üçün təkbaşına tətilinə əmək 
kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının qoşulması çağırışı ilə çıxış 
etməməlidir. Əmək kollektivi və ya həmkarlar ittifaqları təşkilatı işçinin tələblərinin 
əsaslı, qanuni və ədalətli olduğu qərarına gələrsə, müstəqil olaraq kollektiv tələblərini 
irəli sürə bilər. 
3. İşçinin təkbaşına tətil etmək hüququnu hər hansı üsul və vasitə ilə işəgötürən, 
işçinin iş yerinin rəhbəri və ya digər şəxslər tərəfindən məhdudlaşdırmasına, habelə 
belə tətilin keçirilməsinə mane olmasına yol verilmir. 
4. Təkbaşına tətil edən işçinin hərəkətlərini əsassız və qanunsuz hesab edən 
işəgötürən məhkəməyə müraciət edə bilər. 
5. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab 
edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürən onun əmək 
müqaviləsini ləğv edə bilməz. 
6. Tətil müddəti bitənədək işçi tətili dayandırıb işə başlaya və ya əmək 
mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Təkbaşına tətil müddətində 
mübahisənin həlli üçün tərəflərin müəyyən etdiyi vasitəçilik üsullarından istifadə edilə 
bilər. 
7. Təkbaşına tətil edən işçinin tətil dövrü üçün əmək haqqının ödənilməsi bu 
Məcəllənin 283-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilə bilər. 
8. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab 
edilməsi barədə məhkəmə qərar qəbul edərsə, işçi müvafiq qaydada intizam 
məsuliyyətinə cəlb edilə bilər. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin