Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 315. Bu Məcəllə qüvvəyə minənədək bağlanan əmək müqavilələrinin



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə146/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   142   143   144   145   146   147   148   149   ...   233
Maddə 315. Bu Məcəllə qüvvəyə minənədək bağlanan əmək müqavilələrinin 
hüquqi qüvvəsi 
1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi qüvvəyə minənədək mövcud olan 
əmək qanunvericiliyi əsasında işçilərlə şifahi formada bağlanmış və işəgötürənin 
əmrləri, sərəncamları ilə rəsmiləşdirilmiş əmək müqavilələri tərəflərin qarşılıqlı razılığı 
ilə yazılı formada tərtib edilməzsə, bu əmək münasibətlərinə xitam verilənədək onlarla 
bağlı bütün hüquqi nəticələri ilə hüquqi qüvvəsini saxlayır. 
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi qüvvəyə minənədək mövcud 
olmuş əmək qanunvericiliyi əsasında işçilərlə şifahi formada bağlanmış və işəgötürənin 
əmrləri, (sərəncamları, qərarları) ilə rəsmiləşdirilmiş əmək müqavilələri yazılı formada 
bağlanmadığı səbəbinə görə ləğv edilə bilməz. 
Maddə 316. Bu Məcəllənin tətbiqi zamanı yaranan əmək mübahisələrinin həlli 
1. Bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı işçilər və 
işəgötürənlər arasında yaranan fərdi və kollektiv əmək mübahisələri bu Məcəllə və 
Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə müəyyən edilmiş qaydada 
bilavasitə məhkəmələr tərəfindən həll edilir. 
2. Bu Məcəllədə nəzərdə tutulan hallarda fərdi və kollektiv əmək mübahisələri, 
məhkəməyə müraciət etməkdən çəkinmək və yaranmış mübahisənin könüllü olaraq 
aradan qaldırılması məqsədi ilə tərəflərin özlərinin müəyyən etdikləri qaydada da həll 
edilə bilər. Lakin hər bir tərəfin məhkəməyə müraciət etmək hüququ heç bir halda 
məhdudlaşdırıla bilməz. 


Maddə 317. Bu Məcəllənin mətninin hüquqi qüvvəsi 
1. Bu Məcəllə Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə 
müəyyən edilmiş qanunvericilik sisteminin tərkib hissəsi olub, Azərbaycan 
Respublikasının bütün ərazisində birbaşa hüquqi qüvvəyə malikdir. 
2. Bu Məcəllənin tətbiqi zamanı əmək müqaviləsinin tərəflərinin hüquqlarının və 
mənafelərinin müdafiə olunmasını təmin edən, onların məsuliyyətə cəlb olunmasını 
istisna edən və ya yüngülləşdirən müddəaların qüvvəsinin geriyə şamil edilməsinə yol 
verilir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin