Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 312. Əmək qanunvericiliyini pozmağa görə inzibati məsuliyyət



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə145/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   141   142   143   144   145   146   147   148   ...   233
Maddə 312. Əmək qanunvericiliyini pozmağa görə inzibati məsuliyyət 
 
Əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər fiziki şəxslər Azərbaycan 
Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda müəyyən edilmiş 
qaydada məsuliyyətə cəlb edilirlər.
241
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən əmək 
qanunvericiliyinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq 
edilən cərimələrdən toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanının 
işçilərinin 
sosial 
müdafiəsinin 
gücləndirilməsi 
və 
maddi-texniki 
bazasının 
yaxşılaşdırılması məqsədi ilə həmin orqanın hesabına köçürülür. Bu vəsaitdən istifadə 
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
242
Maddə 313. Əmək qanunvericiliyini pozmağa görə cinayət məsuliyyəti 
 
İctimai təhlükəli əməlləri ilə qanunvericiliklə müəyyən edilmiş əməyin mühafizəsi 
qaydalarını və ya işçilərin, işəgötürənlərin hüquqlarını və qanuni mənafelərini və ya bu 
Məcəllənin tələblərini hər hansı formada kobud şəkildə pozan şəxslər Azərbaycan 
Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda və müəyyən edilmiş 
qaydada cinayət məsuliyyətinə cəlb edilirlər. 


Qırx səkkizinci fəsil 
 
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tətbiqi ilə bağlı hüquqi 
tənzimləmə məsələləri 
 
Maddə 314. Bu Məcəllənin tətbiqi zamanı yaranan hüquqi tənzimləmə 
məsələlərinin həlli 
1. Bu Məcəllənin müddəalarının rəsmi şərhi «Konstitusiya Məhkəməsi haqqında» 
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş xüsusi konstitusiya icraatı 
qaydasında həyata keçirilir. 
2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq 
icra hakimiyyəti orqanı öz səlahiyyətləri çərçivəsində bu Məcəllənin ayrı-ayrı 
müddəalarının tətbiqini təmin etmək məqsədi ilə zəruri olan təlimatlar, əsasnamələr, 
qaydalar və digər normativ hüquqi aktlar qəbul edir. 
3. Bu Məcəlləyə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müvafiq normativ 
hüquqi aktlar, əmək münasibətlərinin tənzimlənməsini təmin edən sənəd nümunələri 
əlavə edilə bilər. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin