Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə142/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   138   139   140   141   142   143   144   145   ...   233
XII bölmə 
 
İşçilərin sosial sığortası 
 
Qırx altıncı fəsil 
 
İşçilərin sosial sığorta olunmasının tənzimlənməsi 
 
Maddə 304. İşçilərin sosial sığorta olunması 
1. Sosial sığorta — müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda 
işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin — əmək haqlarının, əmək 
haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş 
qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının 
alınmasına yönəldilmiş təminat formasıdır. 
2. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman 
qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir. 
Əmək müqaviləsində işçinin sığortalanması, o cümlədən onun əlavə sığorta olunub-
olunmaması barədə müvafiq məlumatlar hökmən göstərilməlidir. 
Maddə 305. Sosial sığortanın kollektiv müqavilələrlə tənzimlənməsi 
 
Kollektiv 
müqavilələrdə 
müəssisənin 
əmək 
kollektivinin 
üzvlərinin 
qanunvericilikdə nəzərdə tutulan sığortalanma şərtlərindən daha üstün sosial sığorta 
olunmasının əlavə formaları, qaydaları, sığorta məbləğləri, sığorta mənbələri müəyyən 
edilə bilər. 
Maddə 306. İşçilərin sosial sığorta formaları 
1. İşçilərin sosial sığortası məcburi dövlət sığortası, onların özləri tərəfindən 
könüllü sığortalanması və işəgötürən tərəfindən aparılan əlavə sığorta formalarında 
həyata keçirilir. 
2. İşçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə 
nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır. 
3. İşçilər öz vəsaitləri hesabına müəyyən olunmuş qaydada sosial sığorta 
müqavilələri əsasında könüllü sığorta oluna bilərlər. 
4. İşəgötürənlər, həmçinin onların birlikləri işçilərin mənafelərinin təmin olunması 
və əmək funksiyasının yüksək səviyyədə yerinə yetirilməsinə maraqlarının artırılması, 
onların və ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə əmək 
kollektivini və ya onun ayrı-ayrı üzvlərini qanunvericilikdə nəzərdə tutulmuş sığorta 
formalarından daha üstün sosial sığorta olunmasını həyata keçirə bilərlər. 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin