4. Pul və digər
əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı
yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi
gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
İşçilərin həyatına və
sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
233
5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə
məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı
müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın
vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının
xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın
qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək
mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa
edərək mübahisəyə mahiyyəti
üzrə baxa bilər.
Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin
atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin
(arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin
digər
qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal
hesab edə bilər.
Dostları ilə paylaş: