müvafiq həmkarlar ittifaqları orqanları, habelə işəgötürənlərin nümayəndəli orqanları
tərəfindən həyata keçirilir.
2. İşəgötürən və əmək münasibətlərinin digər iştirakçıları
tərəfindən həmkarlar
ittifaqlarının bu Məcəlləyə və digər normativ hüquqi aktlara əsaslanmış ictimai
nəzarətinin həyata keçirilməsinə mane olunması, habelə onların qanuni və əsaslı
tələblərinə əməl edilməməsi yolverilməzdir.
Maddə 310. Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə
məsuliyyət
İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki
şəxslər bu Məcəllə ilə və
əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən
olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa,
habelə bu hüquqlardan
sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş
öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə
qanunvericiliklə müəyyən
edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
240
Maddə 311. Əmək qanunvericiliyini pozmağa görə intizam məsuliyyəti
İşçi və ya işəgötürən əmək müqaviləsi ilə
müəyyən edilmiş öhdəliklərini, əmək
funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər
normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla
qorunan mənafelərinə
müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində
nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir.
Dostları ilə paylaş: