Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə129/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   125   126   127   128   129   130   131   132   ...   233
Qırx üçüncü fəsil 
 
Kollektiv əmək mübahisələrinin həlli məqsədi ilə tətil hüququnun həyata 
keçirilməsi 


 
Maddə 270. Tətil keçirilməsinin hüquqi əsasları 
1. İşçilərin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır. 
2. Kollektiv əmək mübahisəsi yarandığı vaxtdan işçilərin və ya həmkarlar 
ittifaqları təşkilatının tətil etmək hüququ əmələ gəlir. 
3. Əgər tərəflər mübahisənin həllinin dinc üsullarından istifadə edəcəkləri barədə 
razılığa gəlmişlərsə, onda bu üsullarla kollektiv əmək mübahisəsinin həllinə nail 
olunmadıqda tətilə yol verilir. İşəgötürən mübahisənin barışdırıcı üsullarla həllini 
əsassız olaraq uzatdıqda, habelə barışdırıcı üsullarla əldə edilmiş razılaşmaları yerinə 
yetirmədikdə əmək kollektivinin, həmkarlar ittifaqları orqanının birbaşa tətil keçirmək 
hüququ yaranır. 
4. Tətildə iştirak etmək könüllüdür. Zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə 
qorxutmaqla və ya şəxsin maddi cəhətdən asılı olmasından istifadə etməklə onu tətildə iştirak 
etməyə və yaxud iştirakdan imtina etməyə məcbur edən şəxslər qanunvericilikdə 
nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
229
5. Bu Qanunun 275-ci maddəsinin dördüncü hissəsində göstərilmiş hallardan 
başqa tətildə iştirak edən işçilərin əmək vəzifələrinin icrası üçün başqa şəxslərin cəlb 
edilməsinə yol verilmir. 
6. İşəgötürən tətillər təşkil və ya tətillərdə iştirak edə bilməz. 
7. Kollektiv əmək mübahisəsinin yaranması və tətil keçirilməsi ilə əlaqədar 
işçilərin işdən çıxarılmasına, habelə kollektiv əmək mübahisəsinin yarandığı 
müəssisənin (filialın, nümayəndəliyin), digər iş yerlərinin ixtisarı, ləğvi və ya yenidən 
təşkili qadağandır. 
8. Qanunvericilik, müvafiq icra hakimiyyəti, məhkəmə və hüquq-mühafizə 
orqanlarında işləyən vəzifəli şəxslər tətil edə bilməzlər. 
9. Cəzaçəkmə müəssisələrində məhkumlara əmək mübahisələrinin həlli üçün əmək 
fəaliyyətini dayandırmaq və tətil etmək qadağan edilir.
230
 
 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin