Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 266. Razılaşdırıcı komissiyada kollektiv əmək mübahisəsinə baxılması



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə127/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   123   124   125   126   127   128   129   130   ...   233
Maddə 266. Razılaşdırıcı komissiyada kollektiv əmək mübahisəsinə baxılması 
1. Razılaşdırıcı komissiya kollektiv əmək mübahisəsinin başladığı vaxtdan 
etibarən 3 iş günü müddətində yaradılır və işəgötürənin müvafiq əmri (sərəncamı, 
qərarı) və işçilərin nümayəndələrinin qərarı ilə rəsmiləşdirilir. 
2. Razılaşdırıcı komissiya bərabər hüquqlu əsasda tərəflərin sayca bərabər 
nümayəndələrindən təşkil edilir. Kollektiv əmək mübahisəsinə razılaşdırıcı komissiya 
tərəfindən onun yaradıldığı gündən 5 iş günü müddətində baxılmalıdır. 
3. Razılaşdırıcı komissiyada tərəflər qarşılıqlı razılığa gəldikdə bu barədə protokol 
tərtib edilir. Əldə edilmiş razılıq tərəflər üçün məcburidir və protokolda nəzərdə 
tutulmuş müddətdə icra olunmalıdır. Razılıq əldə edilmədikdə fikir ayrılığı haqqında 
protokol tərtib edilir. 
Maddə 267. Kollektiv əmək mübahisəsinə vasitəçinin iştirakı ilə baxılması 
 
1. Vasitəçi tərəflərin qarşılıqlı razılığı ilə mübahisənin nəticələrində marağı 
olmayan yüksək ixtisaslı və nüfuzlu şəxslərdən müəyyən edilir. 
2. Vasitəçi işəgötürəndən kollektiv əmək mübahisələrinə aid olan lazımı sənədləri 
və məlumatları tələb etmək hüququna malikdir. 
3. Vasitəçi təyin edildikdən sonra 5 iş günü müddətində müəssisənin iqtisadi 
vəziyyətini, kollektiv danışıqlar üçün yaradılmış komissiyanın protokollarını, tərəflərin 
təkliflərini, habelə zəruri olan digər sənədləri təhlil edib tərəflərin mövqelərinin 
barışdırılması variantlarını hazırlayır. Hazırlanmış variantlar dərhal tərəflərə təqdim 


edilir. Tərəflər 5 iş günü müddətində vasitəçinin iştirakı ilə təklif olunan variantları 
müzakirə etməlidirlər. Təklif olunmuş variantlardan hər hansı biri bəyənildikdə 
mübahisə həmin variant əsasında həll olunmuş hesab edilir və bu barədə protokol 
tərtib edilir. 
4. Təklif olunmuş variantlardan heç biri qəbul edilmədikdə fikir ayrılığı haqqında 
protokol tərtib edilir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin