3. Kollektiv sazişlərlə bağlı mübahisələrdə həmkarlar ittifaqlarının, işəgötürənlərin
birlikləri və müvafiq icra hakimiyyəti orqanları tərəf qismində iştirak edirlər.
Qırx birinci fəsil
Kollektiv tələblərin irəli sürülməsi və onlara baxılması
Maddə 262. Kollektiv tələblərin irəli sürülməsi
1. Kollektiv müqavilələrin və sazişlərin bağlanması və onlara dəyişikliklər
edilməsi ilə əlaqədar kollektiv tələblər bu Məcəllənin II bölməsində nəzərdə tutulmuş
qaydalara uyğun olaraq irəli sürülür.
2. Kollektiv müqavilə və sazişlərin icra edilməməsi və ya tam həcmdə icra
edilməməsi, habelə digər əmək və sosial məsələlərlə əlaqədar kollektiv tələblər işçilərin
və ya həmkarlar ittifaqları təşkilatının (birliyinin) ümumi yığıncağında (konfransında)
irəli sürülür. Qərar işçilərin səs çoxluğu ilə, həmkarlar ittifaqları təşkilatında
(birliyində) isə onun nizamnaməsində digər qərarlar üçün nəzərdə tutulmuş qaydada
qəbul olunur.
3. İşçilər kollektiv tələbləri irəli sürməklə bərabər işəgötürənlə danışıqlarda
onların adından iştirak etmək üçün öz səlahiyyətli nümayəndələrini ayıra bilər və ya
danışıqların aparılmasını həmkarlar ittifaqları təşkilatına həvalə edə bilərlər.
4. İşəgötürənin iqtisadi imkanlarına uyğun olmayan tələblərə yol verilmir.
Tələblər iqtisadi imkanlarına uyğun olmadıqda işəgötürən bunu auditor rəyinə əsasən
sübut etməlidir.
Dostları ilə paylaş: