Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə123/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   119   120   121   122   123   124   125   126   ...   233
Otuz doqquzuncu fəsil 
 
Kənd təsərrüfatı müəssisələrində işçilərin və ailə kəndli təsərrüfatı üzvlərinin əmək 
münasibətlərinin tənzimlənməsi xüsusiyyətləri
225
 
 
Maddə 256. Kənd təsərrüfatı işçilərinin əmək münasibətlərinin tənzimlənməsi 
1. Kənd təsərrüfatı və başqa aqrar-sənaye sahələrində işəgötürənlərlə işçilər 
arasında əmək münasibətlərinin yaranması və tənzimlənməsi yalnız müvafiq növ 
müəssisənin təsis sənədi — nizamnaməsi, əsasnaməsi və bu Məcəllə, habelə digər 
normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada həyata keçirilir. Bu Məcəllə ilə 
müəyyən edilmiş əmək müqaviləsinin bağlanması qaydaları bütövlükdə həmin 
müəssisələrə də şamil edilir. 
2. Kənd təsərrüfatı və başqa aqrar-sənaye sahələrində qanunvericiliklə nəzərdə 
tutulmuş qaydada yaradılan fərdi (ailə) müəssisələrinin, səhmdar cəmiyyətlərinin və 
digər təşkilati-hüquqi formalı müəssisələrin, nizamnamələrində, əsasnamələrində 
işçilərin bu Məcəllədə nəzərdə tutulmuş əmək hüquqları məhdudlaşdırıla bilməz. 
Həmin sənədlərdə yalnız əmək münasibətlərinin daha mütərəqqi forma və üsullarla 
tənzimlənməsinin şərtləri, qaydaları nəzərdə tutula bilər. 
226


3. Bütün növ kənd təsərrüfatı təyinatlı müəssisələrdə qadınların, yaşı 18-dən az 
olan işçilərin əməyindən yalnız bu Məcəllənin müvafiq maddələri ilə müəyyən edilmiş 
normalar dairəsində istifadə edilə bilər. 
Maddə 257. Kənd təsərrüfatı müəssisələrində iş vaxtının və əməyin 
ödənilməsinin tənzimlənməsi xüsusiyyətləri 
1. Kənd təsərrüfatı və aqrar sənaye müəssisələrində istehsal və digər iqtisadi 
münasibətlərin xüsusiyyətləri nəzərə alınaraq iş vaxtı bu Məcəllədə nəzərdə tutulmuş 
normalar və qaydalar çərçivəsində nizamnamələri (əsasnamələri) ilə müəyyən edilir. Bu 
müəssisələrdə iş vaxtının cəmlənmiş və ya mövsümi işlərin yerinə yetirilməsi üçün 
ayrı-ayrı dövrlərə bölünmüş uçotu aparıla bilər. 
2. Kənd təsərrüfatı təyinatlı məhsul istehsal edən və ya xidmətlər göstərən 
qurumların üzvlərinin əmək haqqı məsələləri ilə bağlı münasibətlər, bir qayda olaraq, 
həmin müəssisənin mülkiyyətindəki pay iştirakı ilə müəyyən edilir. Bu müəssisələrdə 
əmək müqaviləsi ilə işləyən işçilərə əmək haqqı bu Məcəllədə nəzərdə tutulmuş 
normalardan az olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. 
3. Əgər kənd təsərrüfatı müəssisələrində işçilərin əmək haqqının ödənilməsi 
formaları, qaydaları, əmək və əməyin qiymətləndirilməsi normaları onların 
nizamnamələrində, əsasnamələrində nəzərdə tutulmamışdırsa, onda müəssisənin əmək 
haqqı normalarının müəyyən edilməsi və ödənilməsi qaydaları tətbiq edilir. Bu 
qaydalar müəssisənin ümumi yığıncağı tərəfindən səs çoxluğu ilə qəbul edilir. Belə 
qaydalar da qəbul edilməyibsə, əmək haqqı normaları müvafiq icra hakimiyyəti və ya 
bələdiyyə orqanları tərəfindən müəyyən edilmiş normativlər barədə müvafiq tövsiyələr 
əsasında müəyyən edilir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin