Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 258. Ailə kəndli təsərrüfatlarında və ailə müəssisələrində əmək



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə124/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   120   121   122   123   124   125   126   127   ...   233
Maddə 258. Ailə kəndli təsərrüfatlarında və ailə müəssisələrində əmək 
münasibətləri 
 
1. Ailə kəndli təsərrüfatlarında və ailə müəssisələrində əmək münasibətləri bu 
Məcəllənin müəyyən etdiyi əmək münasibətlərinin tənzimlənməsi qaydaları və 
normaları tətbiq edilməklə və ya onların mülahizələri ilə müəyyən edilən qaydada 
tənzimlənir. Lakin bu təsərrüfatların üzvlərinin əmək münasibətləri mövcud 
qanunvericiliyə zidd qaydada müəyyən edilməməlidir. 
2. ləğv edilmişdir. 
227
3. Ailə kəndli təsərrüfatlarında və ailə müəssisələrində əmək münasibətləri, bir 
qayda olaraq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi 
bağlanılmaqla tənzimlənir. Bu təsərrüfatlarda və müəssisələrdə əmək müqaviləsi şifahi 
formada da bağlanıla bilər. Bu halda əmək münasibəti tərəflərdən birinin tələbi ilə 
rəsmiləşdirilməlidir. Əmək müqaviləsinin rəsmiləşdirilməsi ailə kəndli təsərrüfatı 
başçısının və ya ailə müəssisəsinin rəhbərinin (işəgötürənin) əmri, sərəncamı verilməklə 
və ya müvafiq qaydada tərtib edilmiş ailə kitabında (jurnalında) qeydiyyata salınmaqla 
həyata keçirilə bilər.
228


XI bölmə 
 
Əmək mübahisələri 
 
Qırxıncı fəsil 
 
Kollektiv əmək mübahisələri 
 
Maddə 259. Kollektiv əmək mübahisələrinin həlli qaydalarının təsir dairəsi 
 
1. Kollektiv əmək mübahisələrinin həllinin bu Məcəllə ilə müəyyən edilmiş üsulları 
və qaydası, habelə kollektiv əmək mübahisələrinin həlli üsulu kimi tətillərin həyata 
keçirilməsinin hüquqi əsasları bütün işəgötürənlər və onların birlikləri, müvafiq icra 
hakimiyyəti orqanları, əmək kollektivləri və həmkarlar ittifaqları təşkilatları üçün 
məcburidir. 
2. Dövlət qulluqçularının kollektiv əmək mübahisələrinin həlli qaydaları bu Məcəllə 
ilə müəyyən edilmiş normalara uyğun olaraq dövlət qulluğu haqqında müvafiq 
normativ hüquqi aktla tənzimlənir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin