1. 18 yaşına çatmamış işçilərin bu Məcəllənin 91-ci maddəsi
ilə müəyyən edilmiş
qısaldılmış iş vaxtı şəraitində əmək haqları müvafiq vəzifələr, peşələr üzrə işləyən yaşlı
işçilər üçün müəyyən edilmiş tam məbləğdə ödənilir.
2. Yaşı 18-dən az olan və işəmuzd işlərdə çalışan işçilərin əməyi yaşlı işçilər üçün
müəyyən edilmiş işəmuzd qiymətlər üzrə ödənilir, bu Məcəllənin 91-ci
maddəsi ilə
müəyyən edilmiş qısaldılmış iş vaxtı ilə yaşlı işçilərin gündəlik iş vaxtı arasındakı
müddət fərqi üçün onlara tarif dərəcəsi üzrə əlavə haqq verilir.
Maddə 254. Yaşı 18-dən az olan işçilərin gecə işlərinə, iş vaxtından artıq işlərə
və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətə göndərilməsinin
qadağan olunması
1. Yaşı 18-dən az olan işçiləri gecə vaxtı işlərə, iş vaxtından artıq işlərə, istirahət
, iş
günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların
ezamiyyətə göndərilməsi qadağandır.
224
2. Axşam saat 20-dən səhər saat 7-dək olan müddət yaşı 18-dən
az olan işçilər
üçün gecə vaxtı hesab edilir.
Maddə 255. Əmək müqaviləsinin ləğv edilməsində yaşı 18-dən az olan işçilərin
təminatı
Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün
tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə
əsasən yaşı 18-dən az olan işçinin əmək müqaviləsi ləğv edilə bilməz.
Dostları ilə paylaş: