Məcəllənin 262-ci maddəsinin qaydalarına əməl edilməklə qəbul edilir. Tətilə ən geci 3
iş günü qalmış bu barədə işəgötürənə yazılı məlumat verilməlidir.
Maddə 274. Tətilə başçılıq edən orqan
1. Tətilə ümumi yığıncaq (konfrans) tərəfindən seçilmiş və ya həmkarlar ittifaqları
orqanının qərarı ilə yaradılmış tətil komitəsi başçılıq edir.
2. Tətil komitəsi işçilərin ümumi yığıncağını (konfransını) çağırmaq, işçilərin
marağına toxunan məsələlər üzrə işəgötürəndən məlumat almaq, münaqişəli məsələlər
üzrə rəy hazırlanması üçün mütəxəssislər cəlb etmək hüququna malikdir.
Tətil
komitəsinin tətili müvəqqəti dayandırmaq hüququ vardır.
3. Tətil yenidən başlanacağı barədə işəgötürənə 3 iş günündən gec olmayaraq
məlumat verilməlidir.
4. Tətil komitəsi aşağıdakı vəzifələri yerinə yetirir:
işəgötürənlə danışıqları davam etdirir;
işəgötürənin və ya onların
nümayəndələrinin, habelə tətildən imtina etmiş
işçilərin sərbəst surətdə müəssisəyə (iş yerinə)
gəlib-getmələrinə mane olan, bu
şəxslərin sağlamlığına qəsd edən, şərəf və layaqətini
alçaldan hərəkətlərin, müəyyən
edilmiş qaydada, qarşısını alır;
işəgötürənin nümayəndələri ilə birlikdə müəssisənin əmlakının
mühafizəsini
təşkil edir;
tətil fondu yaradılmışsa, onun idarəçiliyini həyata keçirir;
tətil fondunun vəsaitlərinin xərclənməsi barədə əmək kollektivi və ya həmkarlar
ittifaqları orqanı qarşısında hesabat verir.
5. Tətil başa çatdıqda, qanunsuz elan edildikdə, hərbi və ya fövqəladə vəziyyətlə
əlaqədar qadağan edildikdə işçilərin ümumi yığıncağının (konfransının) və ya müvafiq
həmkarlar ittifaqları təşkilatının qərarı ilə tətil komitəsinin səlahiyyətlərinə xitam
verilir.
Dostları ilə paylaş: