Otuzuncu fəsil
İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətini müəyyən edən hallar
Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi
məsuliyyəti
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi
üzrə işəgötürən və işçi
öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və
müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı
maddi məsuliyyət
daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə
qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır:
a) ziyanın həqiqətən
vurulduğu aşkar olduqda;
b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda;
c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında
səbəbli əlaqə
olduqda.
Maddə 192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri
1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin
və işçinin hərəkət və ya
hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
2. Tərəflər, maddi ziyanın
məbləğini və onun vurulduğunu, habelə digər tərəfə
ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
Maddə 193. İşəgötürən tərəfindən mülkiyyətçiyə vurulan ziyana görə
məsuliyyət
1. Mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün
qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə
və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada
və hallarda tam maddi
məsuliyyət daşıyır.
2. Mülkiyyətçi əmri (sərəncamı, qərarı) ilə işəgötürən tərəfindən ona vurulan
ziyanın ödənilməsini təmin edə bilər və ya vurulmuş ziyanın məhkəmə qaydasında
ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görə bilər.
Dostları ilə paylaş: