Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 187. İntizam tənbehinin verilməsi qaydaları



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə94/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   90   91   92   93   94   95   96   97   ...   233
Maddə 187. İntizam tənbehinin verilməsi qaydaları 
1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın 
verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam 
tənbehi verilməsini istisna etmir. 
2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar 
edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud 
məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 
3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam 
tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin 
(yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması 
ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il 
keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil 
edilmir.
186
4. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat 
vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam 
tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar 
hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır.
187
Maddə 188. İntizam tənbehi vermək səlahiyyəti olan vəzifəli şəxs 
1. İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini 
dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə 
bilər. 
2. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, 
işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə 


özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin 
rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə 
intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi 
əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. 
3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən vəzifəli şəxslərdən savayı 
başqa vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu 
qaydaların əksinə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli 
şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr 
hesab edilir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin