Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə97/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   93   94   95   96   97   98   99   100   ...   233
Maddə 194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri 
 
1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və 
digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi 
ziyanın məbləğini ödəməyə borcludur. 
2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi 
maddi məsuliyyətdən azad etmir. 


Otuz birinci fəsil 
 
İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyəti və onun həlli qaydaları 
 
Maddə 195. İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı 
hallar 
İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan 
ziyana görə tam maddi məsuliyyət daşıyır: 
a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində 
məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; 
b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın 
məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə
c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə 
baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin 
sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə 
əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan 
dəydikdə; 
ç) əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər 
əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil 
olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, 
həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə
d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən 
edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; 
e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, 
kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən 
daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; 
ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla 
işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə 
uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə 
düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; 
f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə 
işçiyə maddi ziyan dəydikdə; 
g) işçi seksual qısnamaya məruz qaldıqda.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin