2. İşçinin şəxsi əşyalarına və digər əmlakına vurulan ziyanın məbləği ziyan dəyən
anda mövcud olan bazar qiymətləri ilə müəyyən edilir. Bu halda tərəflərin razılığı ilə
əmlakına dəyən ziyan işçiyə natura şəklində də ödənilə bilər.
3. Əgər işəgötürən əmək müqaviləsi bağlayarkən və ya sonralar işçinin öz əmək
funksiyasını yerinə yetirmək üçün ona məxsus əmək alətlərindən,
vasitələrindən və
digər əşyalardan istifadə edilməsi barədə razılığa gəlmişdirsə, onda o, işçinin şəxsi
əşyalarına vurulan ziyana görə maddi məsuliyyət daşıyır.
4. İşəgötürən müvafiq əmək şəraiti yaradaraq işçiyə
öz şəxsi əmək alətlərini və
digər əşyaları müəssisəyə gətirməyə icazə verməyibsə, lakin işçi bunun əksinə olaraq
əmək funksiyasının icrası üçün həmin əşyaları gətirib onlardan istifadə edibsə, bu halda
işəgötürən yalnız işçinin əmlakına qəsdən vurduğu
ziyana görə müəyyən olunmuş
qaydada maddi məsuliyyət daşıyır.
5. İşçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı
maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur.
Qeyd: Bu maddədə «əmək alətləri, vasitələri və digər əşyalar» dedikdə, işçinin
şəxsi mülkiyyətində olan və öz əmək funksiyasını yerinə
yetirmək üçün işəgötürənin
razılığı ilə iş yerinə gətirdiyi maşın və mexanizmlər, elektron və mexaniki cihazları,
rabitə və nəqliyyat vasitələri, qurğuları, habelə dəyəri minimum əmək haqqının iki
mislindən çox olan əl əməyi vasitələri başa düşülməlidir.
Dostları ilə paylaş: