Otuz birinci fəsil
İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyəti və onun həlli qaydaları
Maddə 195. İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı
hallar
İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan
ziyana görə tam maddi məsuliyyət daşıyır:
a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində
məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda;
b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın
məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən
edildikdə;
c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə
baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin
sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə
əlaqədar
onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan
dəydikdə;
ç) əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər
əmlakının işəgötürən
tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil
olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda,
həmçinin bu əşyaların fiziki aşınması ilə
əlaqədar ziyan dəydikdə;
d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən
edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə;
e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə,
kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən
daxil edilməsi nəticəsində
işçilərə maddi, mənəvi ziyan dəydikdə;
ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla
işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə
uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına
görə işə
düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda;
f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə
işçiyə maddi ziyan dəydikdə;
g) işçi seksual qısnamaya məruz qaldıqda.
Dostları ilə paylaş: