Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 189. İntizam tənbehinin verilməsi şərtləri



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə95/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   91   92   93   94   95   96   97   98   ...   233
Maddə 189. İntizam tənbehinin verilməsi şərtləri 
1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir 
intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. 
2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, 
ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam 
tənbehi verilə bilməz. 
3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin 
əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim 
olunmalıdır. 
4. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və 
ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə 
intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. 
Maddə 190. İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi 
 
1. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. 
2. İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək 
səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa 
işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri 
(sərəncamı, qərarı) ilə ləğv edə bilər. 
3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin 
tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə 
tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. 
4. İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək 
peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə 
işçi bu Məcəllənin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə 
vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş 
intizam tənbehi qüvvədən düşmüş hesab edilir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin