mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr
üçün əməyin mühafizəsi sahəsində vahid tələblərin müəyyən edilməsi;
əməyin mühafizəsi tələblərinin bütün müəssisələrdə yerinə yetirilməsinə müstəqil
və səmərəli nəzarətin həyata keçirilməsi;
əməyin mühafizəsi sahəsində ümumbəşəri elmi-texniki tərəqqidən, qabaqcıl
təcrübədən geniş istifadə edən, habelə təhlükəsiz texnikasının və texnologiyanın
səmərəli mühafizə vasitələrini hazırlayan və tətbiq edən işəgötürənlərin müvafiq
qaydada və vəsaitlərlə həvəsləndirilməsi;
müəssisələrdə əməyin yüksək mühafizəsi şəraiti yaradılmasına yönəldilmiş vergi
siyasətinin aparılması;
əməyin mühafizəsinin maliyyələşdirilməsində dövlətin iştirakı;
əməyin mühafizəsi normalarının müntəzəm olaraq təkmilləşdirilməsi;
işçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, müalicə-
profilaktik yeməklə və digər vasitələrlə pulsuz təmin edilməsi;
təhsil və əlavə təhsil müəssisələrində əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması
və əlavə təhsili;
191
istehsalatda baş vermiş hər bir bədbəxt hadisənin hökmən
araşdırılması, uçota
alınması, təhlil edilməsi və bunun əsasında istehsalat xəsarətlərinin, zədələrinin və peşə
xəstəliklərinin vəziyyəti barədə işçilərə dürüst məlumatların verilməsi;
192
istehsalatda bədbəxt hadisələrdən zərər çəkmiş və ya peşə xəstəliklərinə tutulmuş
işçilərin mənafelərinin sosial, maddi və mənəvi müdafiəsi;
həmkarlar ittifaqlarının, müəssisələrin və ayrı-ayrı fiziki, hüquqi şəxslərin əməyin
mühafizəsini təmin etməyə yönəldilmiş fəaliyyətinə hərtərəfli yardım olunması;
əməyin
mühafizəsi
sahəsində
beynəlxalq
əməkdaşlıq
münasibətlərinin
genişləndirilməsi.
Dostları ilə paylaş: