Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 205. İşəgötürənə vurulan ziyanın məbləğinin işçidən tutulması qaydası



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə102/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   98   99   100   101   102   103   104   105   ...   233
Maddə 205. İşəgötürənə vurulan ziyanın məbləğinin işçidən tutulması qaydası 
1. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox 
deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. 
2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda 
vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi 
onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında 
həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. 
3. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı 
olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət 
edə bilər. 
Maddə 206. Vurulan ziyanın ödənilməsi üçün hakimin prosessual tədbirləri 
1. Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş 
üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın 
məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini 
təsdiq edə bilər. 
2. Əgər tərəflərdən birinə ziyanın vurulması ilə istər işçinin, istərsə də 
işəgötürənin hərəkət və ya hərəkətsizliyi nəticəsində cinayət tərkibi yaranmışdırsa, 
onda məhkəmə cinayət işi başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada 
istintaqın aparılmasının və ziyanın ödənilməsinin təmin olunması üçün müvafiq 
prosessual tədbirlər görür. 
IX bölmə 


 
Əməyin mühafizəsi 
 
Otuz üçüncü fəsil 
 
Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri 
 
Maddə 207. Əməyin mühafizəsi normalarını və qaydalarını müəyyən edən 
qanunvericilik 
1. İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. 
2. Əməyin mühafizəsi normaları və qaydaları bu Məcəllə ilə, səlahiyyətləri 
çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi 
aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı 
beynəlxalq müqavilələrlə müəyyən edilir. 
3. Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi 
normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və 
hüquqi şəxslər üçün məcburidir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin