Maddə 199. İşçinin tam maddi məsuliyyəti
İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam
həcmdə maddi məsuliyyət daşıyır:
a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın
və digər sərvətlərin
salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək
münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə
əlaqədar olaraq işçinin öz
üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə
bağlandıqda;
b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik
hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə,
yaxud onun nümayəndəsinə
hesabat vermək şərti ilə qəbul etdikdə;
c) inzibati
xətalar,
yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi
nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri
olduqda;
189
ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə
digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda;
d) alkoqol, toksik (zəhərli),
psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş
vəziyyətdə
ziyan vurulduqda;
190
e) işəgötürənin kommersiya sirrini yaydıqda;
ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə
uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan
məlumatlar yaymaqla onun
sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.
2. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu
maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda
qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar.
Dostları ilə paylaş: