Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 184. Əmək və icra intizamının intizam nizamnamələri ilə tənzimlənməsi



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə92/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   88   89   90   91   92   93   94   95   ...   233
Maddə 184. Əmək və icra intizamının intizam nizamnamələri ilə tənzimlənməsi 
1. Əmək və icra intizamı işin, xidmətin xarakterinə görə aşağıdakı müəssisələrdə 
tərəflərin məsuliyyətini artırmaq məqsədi ilə intizam nizamnamələri ilə tənzim edilir: 
a) dəmir yolu və rabitə müəssisələrində


b) dəniz və çay nəqliyyatında, habelə balıqçılıq təsərrüfatının su nəqliyyatı 
donanmasında; 
c) hava nəqliyyatında və onun xüsusi xidmət müəssisələrində; 
ç) xüsusi təhlükəli şəraitli yeraltı işlər görülən iş yerlərində, habelə dağ-mədən 
sənayesi müəssisələrində ; 
d) dənizdə neft və qaz ehtiyatlarının kəşfiyyatı və istismarı ilə məşğul olan 
müəssisələrdə; 
e) hərbi sənaye müəssisələrində. 
2. İntizam nizamnamələrində yalnız bu Məcəllənin «Əmək və icra intizamı» 
bölməsi ilə müəyyən edilmiş normalardan fərqli müddəalar nəzərdə tutula bilər. 
İntizam nizamnamələri mövcud olan müəssisələrdə digər əmək münasibətləri isə bu 
Məcəllə ilə tənzimlənir. 
3. İntizam nizamnamələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmkarlar 
ittifaqları təşkilatının iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. 
Maddə 185. Əmək və icra intizamına əməl edilməsinə görə fərqlənmiş işçilərin 
mükafatlandırılması 
1. Əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində
müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən 
tərəfindən: 
pul və ya qiymətli əşyalar hədiyyə edilməklə
əlavə məzuniyyət verilməklə; 
əmək haqqına fərdi əlavə edilməklə
daha yüksək məbləğdə fərdi sığorta edilməklə; 
sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə; 
müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət 
qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin