Maddə 178. Əməyin ödənilməsinin təminatları
1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin
müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə
müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının
ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada
müvafiq məsuliyyətə cəlb edilməlidir.
2. Müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial
müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə
pul əvəzi, bu Məcəllənin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə
müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər
işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin müflisləşməsi nəticəsində iflasa
uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş
qaydada ödənilməlidir.
3. Əgər bu maddənin ikinci hissəsində göstərilmiş hallarda ödəncləri ödəməyə
işəgötürənin maddi-maliyyə imkanı yoxdursa, onda işçilərə həmin ödənclər
müəssisənin əmlakı satılmaqla və ya müvafiq normativ hüquqi aktlarla müəyyən edilən
qaydada dövlət tərəfindən yaradılmış təminat sistemi ilə ödənilməlidir.
Maddə 179. İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar
1. İşçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai
vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi)
saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir.
2. Aşağıdakı hallarda işçinin iş yeri və orta əmək haqqı saxlanılır:
a) şahid, zərərçəkmiş şəxs, ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi sifəti ilə
təhqiqat, ibtidai istintaq və məhkəmə orqanlarına çağırıldıqda;
b) ictimai ittihamçı və müdafiəçi, ictimai təşkilatların və əmək kollektivlərinin,
habelə qanuni və ya etibarnamə əsasında işçilərin nümayəndəsi qismində məhkəmə
iclaslarında iştirak etmək üçün cəlb edildikdə;
c) andlılar, münsiflər və kollektiv mübahisələrin həlli üçün yaradılan arbitraj
məhkəməsinin tərkibinə daxil edildikdə;
180
ç) seçkilərin hazırlanması və keçirilməsi dövründə, habelə seçici siyahılarının hazırlanması
dövründə dairə və məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olduqda;
181
d) müvafiq dövlət hakimiyyəti orqanlarının ictimai təşkilatların keçirdiyi
forumlarda, müşavirələrdə, iclaslarda və digər tədbirlərdə iştirak etmək üçün
işəgötürən tərəfindən və ya onun razılığı ilə cəlb olunduqda;
e) kollektiv danışıqların aparılmasına, kollektiv müqavilələrin, sazişlərin
hazırlanması və bağlanmasında iştirak etməyə, kollektiv əmək mübahisələrin həlli üçün
barışdırıcı, vasitəçi, arbitr və digər nümayəndə qismində cəlb edildikdə;
ə) fərdi əmək mübahisələrinin həlli zamanı məhkəmə araşdırmalarının
aparılmasında iştirak etdikdə;
f) mülkiyyətçinin maraqlarının və qanuni mənafelərinin müdafiəsi üçün
məhkəmələrdə iqtisadi mübahisələrin həllində iştirak etmək üçün cəlb edildikdə;
g) hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi
toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi
tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar
ezam olunduqda;
182
ğ) hərbi və fövqəladə vəziyyətlə əlaqədar, habelə təbii fəlakətin nəticələrinin
aradan qaldırılması üçün müvafiq işlərin görülməsinə cəlb olunduqda;
h) işəgötürən tərəfindən istehsalatdan ayrılmaqla əlavə təhsil müəssisələrinə
göndərildikdə;
Dostları ilə paylaş: |