Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 175. Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə87/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   83   84   85   86   87   88   89   90   ...   233
Maddə 175. Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası 
qaydası 
1. Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar 
istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə 
qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.
176
2. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər 
tutulur: 
a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və 
digər icbari ödəmələr; 
b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ;
177
 
c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) 
təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu 
ziyanın məbləği; 
ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı 
halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu; 
d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə 
xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği; 
e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar 
nəticəsində artıq verilmiş məbləğlər; 
ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, 
lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği; 
f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ; 
g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə 
tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi 
hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları.
 
178
 
3. İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş 
müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün 
hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması 
haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin 
məbləğlər tutula bilməz. 
4. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan 
digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. 
5. Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə 
artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi 
aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz. 
6. İşçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq 
hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi 
borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə 
işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək 
haqqından tutula bilməz. 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin