Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 165. İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə84/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   80   81   82   83   84   85   86   87   ...   233
Maddə 165. İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının 
ödənilməsi 
1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı 
aşağıdakı kimi ödənilir: 


əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat 
məbləğindən aşağı olmamaqla; 
əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə 
müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı 
olmamaqla əlavə haqq məbləğində. 
2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində 
görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula 
bilər. 
3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. 
Maddə 166. Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi 
1. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla 
işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. 
2. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına 
əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə 
müəyyən edilir. 
Maddə 167. Hasilat normaları yerinə yetirilmədikdə əməyin ödənilməsi qaydası 
İşçinin təqsiri olmadan hasilat normaları yerinə yetirilmədikdə, faktik olaraq 
yerinə yetirilmiş iş üçün haqq verilir. Bu halda aylıq əmək haqqı işçi üçün müəyyən 
edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmamalıdır. 
Maddə 168. Hazırlanan məhsul zay olduqda əməyin ödənilməsi qaydası 
1. İşçinin təqsiri olmadan zay məhsul hazırlandıqda onun hazırlanması üçün 
əmək haqqı azaldılmış qiymətlərlə ödənilir. Bu halda işçinin aylıq əmək haqqı onun 
üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az 
olmamalıdır. 
2. Hazırlanan materialdakı görünməyən çatışmazlıq üzündən buraxılan zay 
məmulat, habelə işçinin təqsiri olmadan buraxılmış və texniki nəzarət orqanı tərəfindən 
qəbul edildikdən sonra aşkara çıxarılmış zay məhsul üçün həmin işçiyə yararlı 
məmulata bərabər miqdarda haqq verilir. 
3. İşçinin təqsiri üzündən tam zay olmuş məhsula görə haqq verilmir. İşçinin 
təqsiri üzündən qismən zay olmuş məhsulun haqqı onun yararlılıq dərəcəsindən asılı 
olaraq azaldılmış qiymətlərlə ödənilir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin