olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının
üçdə iki hissəsindən az olmayaraq ödənilir.
2. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir.
Maddə 170. Yeni istehsal (məhsul buraxılışı) zamanı əmək haqqının ödənilməsi
şərti
Yeni
istehsalın (məhsul buraxılışının) başlandığı gündən onun tam
mənimsənildiyi dövr ərzində işçilərin əmək haqqının miqdarı
əvvəlkindən az olarsa,
onların əvvəlki orta əmək haqqı saxlanılır. Bu halda əmək haqqının saxlanıldığı dövrün
konkret müddəti və onun tətbiq edildiyi işçilərin dairəsi işəgötürən tərəfindən
müəyyən edilir.
Maddə 171. Natamam iş vaxtında əməyin ödənilməsi
Bu Məcəllədə nəzərdə tutulan qaydada natamam iş günü və ya natamam iş həftəsi
ilə işləyən işçilərə əmək haqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktik
hasilatına görə ödənilir.
İyirmi altıncı fəsil
Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar
Maddə 172. Əmək haqqının verilməsi müddətləri
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq
və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə
verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə
isə ayda bir dəfədən az
olmayan müddətdə verilməlidir.
2. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin
başqa müddətləri də müəyyən edilə bilər.
3. Əmək haqqının verilməsi günü istirahət,
səsvermə, ümumxalq hüzn günü və ya
iş
günü hesab edilməyən bayram
günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən
əvvəlki gündə verilir.
173
4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün
verilir.
5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu
hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş
gün üçün işçiyə əmək
haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi
yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə
tutulan qaydada həll edilir.
6. İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin
üçüncü hissəsi ilə
müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə,
işçiyə
işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.
Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək
haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan
alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması
nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan
hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının
ödənilməsi başa
düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə
zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın
müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa
işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında
verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı
hallara
şamil edilmir.
Dostları ilə paylaş: