Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə88/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   84   85   86   87   88   89   90   91   ...   233
Maddə 
176. 
Əmək 
haqqından 
tutulan 
məbləğlərin 
miqdarının 
məhdudlaşdırılması 
1. Hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı 
işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə 
nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.
2. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün 
hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır. 
3. Bu maddənin birinci və ikinci hissələri ilə müəyyən edilmiş məhdudiyyətlər 
islah işləri çəkərkən habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, 
ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və 
cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından 
məbləğlərin tutulmasına şamil edilmir.
179
İyirmi yeddinci fəsil 
 
Orta əmək haqqı və onun saxlanılması üzrə təminatlar 
 
Maddə 177. Orta əmək haqqı və onun hesablanması qaydası 
 
1. Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş 
məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ 
hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. 
2. Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün 
hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı 
əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək 
haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla 
müəyyən edilir. 
3. 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada 
hesablanır: işçinin faktik işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin 
günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı 
saxlanılan iş günlərin sayına vurulur. 
4. Orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə 
tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır. 
5. Orta əmək haqqının hesablanması qaydası bu Məcəllənin 60, 77, 123, 170, 172, 
179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş 
hallarda tətbiq edilir. 
6. Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq 
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin