Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 32. Kollektiv müqavilənin qüvvəsi



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə19/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   15   16   17   18   19   20   21   22   ...   233
Maddə 32. Kollektiv müqavilənin qüvvəsi 
1. Kollektiv müqavilə bir ildən üç ilədək müddətə bağlanıla bilər. 
2. Kollektiv müqavilə imzalandığı və ya müqavilədə göstərilən gündən qüvvəyə 
minir. 
3. Müəyyən olunmuş müddət qurtardıqdan sonra kollektiv müqavilə, yenisi 
bağlananadək, lakin ən çoxu üç il müddətədək qüvvədə olur.
34
4. Müəssisənin mülkiyyətçisinin dəyişdiyi və ya müəssisə ləğv edildiyi hallardan 
başqa müəssisədə təşkilati-struktur dəyişikliklərin edilməsi, işəgötürənlə əmək 
müqaviləsinə xitam verilməsi, eləcə də həmkarlar ittifaqları təşkilatının fəaliyyətinə xitam 
verilməsi və ya fəaliyyətinin dayandırılması kollektiv müqavilənin hüquqi qüvvəsinin 
itirilməsinə səbəb olmur.
35
5. Müəssisənin mülkiyyətçisi dəyişdikdə kollektiv müqavilə üç ay müddətində 
qüvvədə qalır. Bu müddət ərzində tərəflər yeni kollektiv müqavilə bağlamaq və ya 
əvvəlkini qüvvədə saxlamaq, ona əlavələr və dəyişikliklər edilməsi məqsədi ilə 
danışıqlara başlamalıdırlar. 
6. Müəssisə qanunvericiliklə müəyyən olunmuş qaydada və şərtlərlə ləğv 
olunduğu halda ya birləşmə, bölünmə və yaxud ayrılma formasında yenidən təşkil 
olunduğu, kollektiv müqavilə bütün ləğvetmə ya yenidən təşkiletmə müddəti ərzində 
qüvvədə olur.
36
7. Kollektiv müqavilə müəssisənin bütün işçilərinə, o cümlədən kollektiv 
müqavilə qüvvəyə mindikdən sonra işə qəbul olunan şəxslərə şamil edilir. 
Maddə 33. Kollektiv müqaviləyə əlavələr və dəyişikliklər edilməsi 
 
Kollektiv müqavilənin qüvvədə olduğu müddətdə ona əlavələr və dəyişikliklər 
edilməsi yalnız tərəflərin qarşılıqlı razılığı əsasında, kollektiv müqavilədə müəyyən 
edilmiş qaydada aparılır. Əgər belə qayda müəyyən olunmayıbsa, əlavələr və 
dəyişikliklər kollektiv müqavilənin bağlanması üçün bu Məcəllədə nəzərdə tutulmuş 
qaydada edilir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin