Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 34. Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarət



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə20/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   16   17   18   19   20   21   22   23   ...   233
Maddə 34. Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarət 


1. Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarəti tərəflər və müvafiq icra 
hakimiyyəti orqanı həyata keçirir. Nəzarəti həyata keçirən səlahiyyətli şəxslərə bütün 
zəruri məlumatlar təqdim edilməlidir. 
2. Tərəflər kollektiv müqavilənin yerinə yetirilməsi haqqında müqavilədə nəzərdə 
tutulmuş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq, əmək kollektivinə hesabat 
verməlidirlər. 
Altıncı fəsil 
 
Kollektiv saziş 
 
Maddə 35. Kollektiv sazişin növləri 
Münasibətlərin tənzimlənməsi sahəsindən asılı olaraq aşağıdakı kollektiv sazişlər 
bağlanıla bilər: 
a) Baş kollektiv saziş — respublikada sosial-iqtisadi siyasətin aparılmasının 
razılaşdırılmış ümumi prinsiplərini müəyyən edir. 
b) Sahə (tarif) kollektiv sazişi — müvafiq sahənin sosial-iqtisadi inkişafı 
istiqamətlərini, peşə qrupları, sahənin işçiləri üçün əmək şəraiti və əmək haqqı, sosial 
təminatları müəyyən edir. 
c) Ərazi (rayon) kollektiv sazişi — ərazi xüsusiyyətləri ilə bağlı müəyyən sosial-
iqtisadi problemlərin həlli şərtlərini müəyyən edir. 
 
Maddə 36. Kollektiv sazişin tərəfləri 
1. Kollektiv saziş aşağıdakı tərəflər arasında bağlanıla bilər: 
a) Baş kollektiv saziş — müvafiq icra hakimiyyəti orqanı və həmkarlar 
ittifaqlarının ümumölkə (ölkə) birliyi arasında;
 
37
b) Sahə (tarif) kollektiv sazişi — müvafiq icra hakimiyyəti orqanı, həmkarlar 
ittifaqlarının peşələr, sahələr üzrə birlikləri arasında; 
c) Ərazi (rayon) kollektiv sazişi — müvafiq icra hakimiyyəti orqanları, həmkarlar 
ittifaqlarının ərazi birlikləri arasında. 
2. Baş, Sahə və Ərazi kollektiv sazişləri üçtərəfli — müvafiq icra hakimiyyəti 
orqanı, həmkarlar ittifaqları birlikləri və işəgötürənlərin nümayəndəli orqanları 
(birlikləri) arasında bağlanıla bilər. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin