Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə26/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   22   23   24   25   26   27   28   29   ...   233
 
51
d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı 
təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, 
pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda;
52
e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər 
görülərkən; 
ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla 
seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; 
f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı 
ilə; 
g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada 
işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; 
ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 
Maddə 48. Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər 
1. Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq 
edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar 
istisna olmaqla) təqdim edir.
53
2. Əmək müqaviləsinin bağlanması işçinin müvafiq yaşayış məntəqəsində 
qeydiyyatının olub-olmaması ilə şərtləndirilə bilməz. 
3. Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə 
Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə 
və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi 
bağlanıla bilər.
54


4. Əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə 
uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə 
təhsili barədə müvafiq sənəd təqdim edilir. 
5. İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və 
təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi 
ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində 
əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim 
etməlidirlər. Belə əmək şəraitli peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 
Şəxslər insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən 
peşələrə və vəzifələrə qəbul edilərkən insanın immunçatışmazlığı virusuna mütləq tibbi 
müayinədən, işlədiyi müddətdə isə vaxtaşırı həmin müayinədən keçməlidirlər.
55
6. Əmək münasibətlərinə girən işçidən bu Məcəllədə nəzərdə tutulmamış, habelə 
işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi 
qadağandır. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin