Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə25/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   21   22   23   24   25   26   27   28   ...   233
 
47
5. Bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən 
hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü 
ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin 
(şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən 
tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa 
razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı 
olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur.
48
6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. 
Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə 
dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək 


müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib 
təsdiqlənirlər. 
Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar 
Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər:
 
49
 
a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə 
olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş 
digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun 
əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda
b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən 
mövsümü işlərin yerinə yetirilməsi zamanı; 
c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, 
quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin 
aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda;
50
ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi 
baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq 
səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda;

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin