2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə,
həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı
olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə
görə işin və ya göstərilən
xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda
, bu
Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla,
əmək müqaviləsi
müddəti müəyyən edilmədən bağlanmalıdır.
45
5
. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə,
müddətsiz əmək müqaviləsi hesab edilir.
46
Maddə 46. Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi
qaydası
1. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində
nəzərdə tutulmuş əmək
şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası
və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır.
2. Əmək müqaviləsi kollektiv qaydada da bağlanıla bilər. Müvafiq işlərin
görülməsi, xidmətlərin göstərilməsi (tikinti-təmir, yükləmə-boşaltma, məişət, ticarət,
əkin-biçin, heyvandarlıq işləri) iki və daha çox işçi qrupu tərəfindən kollektiv halında
həyata keçirilməklə əmək müqaviləsinin bağlanması kollektivin (briqadanın, işçi
qrupunun) hər bir üzvünün yazılı razılığı ilə yol verilir.
Bu halda işçilər, işəgötürənlə
kollektiv əmək müqaviləsi bağlamaq üçün bir nümayəndəsini müvəkkil edir.
3. Kollektiv əmək müqaviləsi bağlanılan hallarda işəgötürən kollektivin hər bir
üzvü qarşısında bu Məcəllə və əmək müqaviləsi ilə müəyyən
edilmiş öhdəliklərini
yerinə yetirməlidir. Kollektiv əmək müqaviləsinə yalnız bu Məcəllədə nəzərdə
tutulmuş əsaslarla və müəyyən edilmiş qaydada xitam verilir.
4. Əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər.
15 yaşına
çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan
işəgötürən bu Məcəllənin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. On
beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların
valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud
qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.
Dostları ilə paylaş: