2. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi,
işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.
3. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir.
Üzrlü səbəbdən icbari
ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən
kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir.
71
4. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-
edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə
tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.
5. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı
qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə
qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və
ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.
Dostları ilə paylaş: