Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 55. Əmək şəraitinin əlavə şərtləri



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə30/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   26   27   28   29   30   31   32   33   ...   233
Maddə 55. Əmək şəraitinin əlavə şərtləri 
 
Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən 
imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək 
şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, 
qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və 
yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən 
edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə 
onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir. 
Maddə 56. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi 
 
1. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda 
işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin 
dəyişdirilməsinə yol verilir. 
2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə 
tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya 
əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam 
etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda 
isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində 
nəzərdə tutulan əsasla xitam verilə bilər. 
3. Bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işəgötürən 
tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi əmək 
müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. 
4. Azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən 
çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən 
bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti 
orqanına rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanı həmin tədbirlərin 
əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində 
müvafiq tədbirlər görə bilər. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin