Maddə 53. İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydası
1. Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı
xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.
2. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb
etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan
etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və
əsaslarla xitam verilə bilər.
3. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində
işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək
müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.
4. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə
işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.
Səkkizinci fəsil
Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları
Maddə 54. Əmək şəraitinin təmin edilməsi
1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən
aşağıdakı əmək şəraitini təmin etməlidir:
peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən
edilməsi;
əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi;
əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi;
sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və iş şəraitinin
yaradılması;
əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi;
əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq
olmayan iş vaxtında yerinə yetirilməsini;
bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə
olunmasını;
işçilərin qanunvericiliklə müəyyən olunmuş məcburi dövlət sosial sığorta
edilməsini;
işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin,
texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması;
insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün
münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi
müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması;
61
əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtləri.
62
2. Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin
şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
|