4. Əgər müəyyən səbəblərdən işəgötürən göstərilən işlərlə işçini təmin edə
bilmədiyinə görə ona peşə-ixtisas dərəcəsinə uyğun olan başqa iş verəcəksə, işçi həmin
işləri yerinə yetirməkdən yalnız orta əmək haqqı saxlanılmadıqda imtina edə bilər.
Maddə 58. Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi
1. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda
işçi əsas iş yeri üzrə
müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında
əmək müqaviləsi bağlayaraq
başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər.
Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri,
əmək
kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır.
Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası
təqdim edilmədən bağlanılır.
63
2. Əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən
edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.
3. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas
iş yeri üzrə
işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə
işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək
funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə
əmək müqaviləsi bağlanarkən
tərəflərin özləri müəyyən edirlər.
64
4. Əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin
beşinci və altıncı hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət
qoyulmadan əmək qanunvericiliyi ilə
müəyyən edilmiş bütün normalar, qaydalar və
müddəalar şamil edilir.
5. Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlılığına mənfi təsir
göstərən amillər
olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş
yerində əvəzçilik üzrə çalışması yolverilməzdir.
6. Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına
yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının
cəmi bu
Məcəllənin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox
olmadıqda, yol verilə bilər.
7. Bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət hakimiyyəti
orqanlarının müvafiq vəzifəli şəxslərinə bu maddədə nəzərdə tutulan əvəzçilik üzrə
əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləmək hüququ şamil olunmur.
Dostları ilə paylaş: